Çinin onlayn ticarət platforması "Temu" şirkəti istehlakçıların daha çox pul xərcləmək üçün manipulyasiya üsullarından istifadə etməkdə günahlandırılır.
Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, Avropa istehlakçı qrupları "Temu"nu texnologiya qanunlarını pozmaqda ittiham ediblər. Fransa, Almaniya və İspaniya daxil olmaqla, Avropa üzrə 17 üzv təşkilat eyni şikayətlə milli hakimiyyət orqanlarına müraciət edib.
"Temu" rəsmiləri şikayətlərin çox ciddiyə alındığını və hərtərəfli araşdırma aparacaqlarını bildiriblər.
"Xidmətimizi təkmilləşdirmək və çatışmazlıqları aradan qaldırmaq üçün birlikdə işləməyə hazırıq. Biz şəffaflığa, qüvvədə olan qanun və qaydaların əməl olunmasına sadiqik", - deyə şirkət açıqlamasında vurğulayıb.
Qeyd edək ki, 2023-cü ildə Avropa bazarına daxil olan "Temu" şirkəti 27 ölkədə fəaliyyət göstərir.
Gülşən Şərif
















