• Bakı 25° C

    10.95 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0193

Szinpindən Leyenə: ABŞ-ın tələsinə düşmədik...

DÜNYA

16 Iyun 2024 | 16:12

Szinpindən Leyenə: ABŞ-ın tələsinə düşmədik...

2023-cü ilin aprelində Çin lideri Si Szinpin Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenə ABŞ-ın Pekini Tayvana hücuma təhrik etdiyini deyib.

Bakıvaxtı.az bildirir ki, bu barədə "Faynənşl Tayms" mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Çin lideri 2023-cü ilin aprelində Avropa Komissiyasının rəhbəri ilə görüşdə Vaşinqtonun Pekini adaya hücum etmək üçün aldatmağa çalışdığını, ABŞ-ın tələsinə düşmədiklərini söyləyib.

Çinin Vaşinqtondakı səfirliyi Szinpinin bəyanatı ilə bağlı açıqlama verməyib, lakin ABŞ-ın Tayvana silah satdığını və adadakı "separatçı qüvvələri" dəstəklədiyini qeyd edib.

Ursula fon der Leyenin nümayəndəsi AK rəhbərinin şəxsi görüşlər barədə məlumat vermədiyini bildirib.

Ağ Ev də məsələ ilə bağlı açıqlama verməyib.


SON XƏBƏRLƏR

25 Iyun 2024