Maltalı siyasətçi Roberta Metsola ikinci müddətə Avropa Parlamentinin sədri seçilib.
Bakıvaxtı.az bu barədə “TASS”a istinadla xəbər verir.
Məlumata görə, Metsolanın namizədliyinə 562 avropalı parlamentari səs verib.
Bildirilib ki, Metsolanın rəqibi İspaniyadan olan deputat, İspaniyanın solçu “Podemos” partiyasının üzvü İrene Montero idi.
Mina Mikayılova
















