İsrail Müdafiə Nazirliyi psixi sağlamlıq komitəsi yaradıb.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Nazirlikdən verilən açıqlamaya görə, burada psixi sağlamlıq problemlərinin, o cümlədən travma sonrası stress pozğunluqlarının müalicəsi aparılacaq.
İsrailin Qəzzaya qarşı müharibəsinin başlamasından bu yana yaralanan 9400 nəfərin təxminən 36 faizinin psixi sağlamlıq problemlərindən əziyyət çəkdiyi bildirilib.
UNICEF bu ilin əvvəlində qeyd edib ki, mühasirəyə alınan və bombardman edilən Qəzzada bir milyondan çox uşağın psixi sağlamlıq dəstəyinə ehtiyacı var.
Ölkənin Səhiyyə Nazirliyinin Reabilitasiya şöbəsi hesab edir ki, ilin sonuna qədər ən azı 5600 nəfər psixi pozğunluqlarla mübarizə aparacaq.
Mina Mikayılova
















