Hindistan Vaşinqtonun Banqladeşdə hakimiyyəti dəyişmək istəyi ilə əlaqədar ABŞ-yə təzyiq edib.
Bakıvaxtı.az xəbər verir ki, bu, "The Wall Street Journal" (WSJ) nəşrinin hazırladığı məqalədə yer alıb.
Nəşr bildirib ki, Hindistan rəsmiləri ABŞ-dən demokratiya tərəfdarı ritorikasını azaltmağı tələb ediblər.
"Hindistan birbaşa ABŞ ilə ikitərəfli münasibətlər məsələsini qaldırıb. ABŞ Hindistanın milli təhlükəsizlik narahatlığını nəzərə almasa, özünü strateji tərəfdaş hesab etməyə haqqı yoxdur", - deyə materialda vurğulanıb.
Gülşən Şərif
















