"Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin (AFU) Kursk vilayətinə hücumuna maliyyə dəstəyi verib".
Bakıvaxtı.az "Kommersant"a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentində Rusiya-Amerika prezidentlərinin ikitərəfli komissiyasının keçmiş müşaviri Ceyms Karden deyib.
O, bildirib ki, Vaşinqtonun razılığı və maddi dəstəyi olmadan Kiyev Kursk yaxınlığında döyüş əməliyyatı həyata keçirə bilməzdi:
"Ukrayna prezidenti Vladimir Zelenskinin qərarı bir daha Moskvaya Kiyevdə danışıqlar aparacaq heç kimin olmadığını göstərdi. Ukrayna Silahlı Qüvvələrinin hücumu yalnız döyüşləri uzadacaq".
Gülşən Şərif
















