• Bakı 22° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

BRİCS-ə qoşulmaq Azərbaycana nə verəcək? - Üzv ölkələr də maraqlı olmalıdırlar ki...

SİYASƏT

18 Sentyabr 2024 | 13:20

BRİCS-ə qoşulmaq Azərbaycana nə verəcək? - Üzv ölkələr də maraqlı olmalıdırlar ki...

"Azərbaycanın BRİCS-ə qoşulması Şərq-Qərb, Şimal-Cənub dəhlizlərindən daha geniş istifadə etmək üçün yeni yollar aça bilər".

Bunu son zamanlar BRİCS-ə artan marağı şərh edən iqtisadçı Pərviz Heydərov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, 2006-cı ildə yaradılan BRİKS hazırda özündə 9 ölkəni - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini birləşdirən hökumətlərarası qurum olaraq nüfuzlu bir beynəlxalq təşkilat sayılır:

"Məlum təşkilat əvvəllər cəmi beş ölkə arasında yaradılan bir qrup təşkil edirdi. Bu üzvlərə, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası daxil idi. Sözügedən qrup ölkələr təbii resurslarla zəngin və böyük iqtisadi potensiala malik ölkələr sayılırlar. Bu dövlətlər sürətlə inkişaf edən və yaxud inkişaf edə biləcək ölkələr kimi səciyyələndirilir. Sözügedən qrupa qoşulmaq istəyən ölkələrin də sayının getdikcə artması bununla əlaqədardır. Yeri gəlmişkən, 2011-ci ilə qədər təşkilatla bağlı "BRIC" abreviaturası istifadə olunurdu. CAR-ın sözügedən qrupa birləşməsi nəticəsində 18 fevral 2011-ci il tarixindən hind maliyyə nazirinin ərizəsi üzrə qrup “BRİCS” adını daşımağa başladı".

P.Heydərov hesab edir ki, ölkəmizin BRİCS-ə qoşulmaq istəməyi təbiidir. Hətta ölkəmizin bu üzvlüyə haqqı da var.

"Birincisi, Azərbaycan təbii resurslarla zəngin ölkədir. İkincisi, sürətlə inkişaf əldə etmiş və inkişafda olan ölkəyik. Üçüncüsü, regionda bir sıra zəngin infrastruktura sahib ölkəyik. Söhbət hər növ enerji resurslarını daşıya biləcək müxtəlif tranzit kəmərlərinə sahib olmaqla yanaşı, hava, quru və dəmiryolu nəqliyyat dəhlizlərinə malik olmaqdan gedir. Bu baxımdan BRİCS ölkələri Azərbaycanın onların qrupuna qoşulmağında maraqlı olmalıdırlar", - deyə müsahibimiz qeyd edib.

Pərviz Heydərov: Ölkəmizin BRİCS-ə qoşulmaq istəməyi təbiidir

İqtisadçının fikrincə, Azərbaycanın BRİCS-ə qoşulması bir çox müsbət töhfələr verə bilər:

"Ötən il BRİCS ölkələri üzrə cəmi ÜDM qlobal ÜDM-in 35.7%-ni təşkil edib. 15 il ərzində təşkilatın qlobal iqtisadiyyatda payı 10.2% artıb. G7 ölkələrinin qlobal iqtisadiyyatda payı isə bu müddətdə 9.7% azalıb və 29%-ə düşüb. Diqqət yetirək, qeyd olunan təşkilata hansı ölkələr daxildir? Rusiya, Hindistan, Çin... Bu üç ölkə ilə Azərbaycanın geniş iqtisadi və ticari əlaqələri mövcuddur. Bu abxımdan Şərq-Qərb, Şimal-Cənub dəhlizləri Azərbaycana böyük iqtisadi fayda vəd edir. BRİCS-ə üzvlük odur ki, adı çəkilən dəhlizlərin daha geniş istifadəsi üçün Azərbycana yeni yollar aça bilər".

Gülşən Şərif


SON XƏBƏRLƏR