• Bakı 26° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.7918

    RUB - 0.0311

Britaniya deputatının oğlu Ukraynada cəbhə xəttində Rusiyaya qarşı - FOTO

DÜNYA

28 May 2022 | 20:04

Britaniya deputatının oğlu Ukraynada cəbhə xəttində Rusiyaya qarşı - FOTO

Ukraynaya gedən könüllülər arasında Britaniya parlamentinin Mühafizəkarlar Partiyasından olan üzvü, deputat Helen Qrantın oğlu Ben Qrant da olub. Bu fakt “İzdanie I” nəşri tərəfindən aşkara çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, Kral Dəniz Qüvvələrinin xüsusi təyinatlı batalyonunda beş illik təcrübəyə malik olan 30 yaşlı Qrant parlamentari Helen Qrantın oğludur. Helen Qrant 12 ildir parlamentdə işləyir və 12 ildir Baş nazir Boris Consonun qızların təhsili üzrə xüsusi nümayəndəsidir.

Nəşrin məlumatına görə, Ben Qrant Ukraynanın şimal-şərqindəki döyüşlər zamanı təsadüfən videoya düşüb. O, təxminən yüz metr məsafədə rus zirehli transportyorunu məhv etməyə cəhd edən britaniyalı və amerikalı döyüşçülərdən ibarət qrupa rəhbərlik edib. Bir anda Qrant tabeliyində olan şəxsə zirehli avtomobilə “Matador” qumbaraatanından atəş açmağı əmr edib.


SON XƏBƏRLƏR

26 Iyun 2022