• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiya 8 yunan diplomatını ölkədən qovur

DÜNYA

27 Iyun 2022 | 19:28 | Müəllif: Subhan Mahmudov

Rusiya 8 yunan diplomatını ölkədən qovur

Yunanıstanın Moskvadakı səfiri Yekaterina Nassika Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfirə Yunanıstanın Rusiyaya qarşı tutduğu mövqe və Ukraynaya silah və hərbi texnika göndərməsi ilə bağlı Moskvanın narazılığı bildirilib.

Bundan başqa rəsmi Moskva 8 yunan diplomatı arzuolunmaz şəxs elan edib və onlara ölkə ərazisini tərk etmələri üçün 8 gün vaxt verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026