• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Ukrayna limanları işini bərpa etdi

DÜNYA

27 Iyul 2022 | 17:54

Ukrayna limanları işini bərpa etdi

Üç Qara dəniz limanı - Yujnı, Çernomorsk və Odessa - işini bərpa edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, onlar “ərzaq müqaviləsi” fonunda kənd təsərrüfatı məhsulları daşıyan gəmilərin qəbul edilib-göndərilməsinə hazırlaşır.

“Ukrayna limanlarının taxıl ixracı üçün blokdan çıxarılmasına dair sazişin imzalanması ilə əlaqədar Odessa, Çernomorsk və Yujnı limanlarında işlər bərpa edilib”, - deyə məlumatda bildirilir.

Ölkənin Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti onu da qeyd edib ki, gəmilərin dəniz limanlarına giriş-çıxışı aparıcı gəmini müşayiət edən karvanın formalaşdırılması ilə həyata keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026