• Bakı 16° C

    3.68 m/s

Şoyqunun müavininin milyardlıq əmlakları – ŞOK RƏQƏM

DÜNYA

26 Avqust 2022 | 13:07 | Müəllif: Subhan Mahmudov

Şoyqunun müavininin milyardlıq əmlakları – ŞOK RƏQƏM

Rusiya müdafiə nazirinin müavini Ruslan Salikovun milyardlarla rubl dəyərində əmlakları aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə həbsdə olan rusiyalı bloger Aleksey Navalnının komandasının araşdırmasında deyilib.

Jurnalistlər Salikovun illər ərzində yalnız Şoyqu ilə işlədiyini və onun ən yaxın dostu olduğunu qeyd ediblər.

“Salikovun heç vaxt xidmət etməməsinə baxmayaraq, bu, onun general rütbəsi daşımağına mane olmur”, - araşdırmada qeyd olunub.

Bildirilib ki, Salikov “Yunarmiya”ya (Könüllü rus gənclər hərəkatı) kuratorluq edir, eləcə də nazir Sergey Şoyqunun Rusiya KİV-lərindəki piarı və Müdafiə Nazirliyinin maliyyə nəzarətinə rəhbərlik edir.

Araşdırmaçıların məlumatına görə, Salikovun qızları - Yuliya və Yelizaveta dəyəri 200 milyard rubldan çox olan torpaq sahəsi və ofis sahəsinə sahib olan şəxsi firmalar yaradıblar.

Salikovun oğlanları – Zaur və Daniel 2021-ci ildə Moskva vilayətində 260 milyon rubla (7,4 milyon manat) torpaq sahələri alıblar. Onların Moskvanın özündə də 400 milyonluq (11,3 milyon manat) ofisləri olduğu deyilib.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026