• Bakı C

    12.25 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

İtaliyada növbədənkənar parlament seçkiləri keçirilir

DÜNYA

25 Sentyabr 2022 | 10:11

İtaliyada növbədənkənar parlament seçkiləri keçirilir

İtaliyada növbədənkənar parlament seçkiləri keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, seçkilər parlamentin hər iki palatasına - Deputatlar Palatası və Senata keçirilir.Seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb, saat 23:00-da bağlanacaq.

Seçkilərdə “İtaliya Qardaşları” (Fdl), “Liqa” və “İrəli İtaliya”nın daxil olduğu sağ mərkəzçi koalisiyanın şansı yüksək qiymətləndirilir. Koalisiya daxili razılaşmaya əsasən, ən çox səs toplayan partiya baş nazirin namizədliyini irəli sürəcək.

İtaliya Qardaşları Partiyasının koalisiyaya daxil olan partiyalar arasında ən çox səs toplayacağı proqnozlaşdırılır. Bu halda isə partiyanın lideri, 45 yaşlı Giorgia Meloni İtaliyanın ilk qadın Baş naziri olacaq.

Giorgia Meloni ənənəvi xristian ailə modelinin qatı tərəfdarı və islama qarşı baxışları, Afrikadan miqrasiyaya qarşı radikal tədbirlərin həyata keçirilməsi, Liviyaya qarşı dəniz blokadası təklif etməsi ilə diqqət çəkir. Eyni zamanda Türkiyənin Avropa İttifaqına üzvlüyünə qarşıdır.


SON XƏBƏRLƏR