• Bakı 19° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bu ölkədə hava zərbələri: 50 ölü, 100 yaralı

DÜNYA

25 Oktyabr 2022 | 00:39 | Müəllif: Subhan Mahmudov

Bu ölkədə hava zərbələri: 50 ölü, 100 yaralı

Myanmar hərbçilərinin Kaçin Müstəqillik Təşkilatının yaradılmasının ildönümünü qeyd edərkən həyata keçirdiyi hava zərbələri nəticəsində 50-yə yaxın insan həlak olub.

Bakıvaxtı.az axar.az-a istinadən bildirir ki, bu barədə "İrravaddu" nəşri məlumat yayıb.

Hava zərbələri nəticəsində 100-ə yaxın insan yaralanıb.

Qeyd edək ki, KMT 1960-cı il oktyabrın 25-də yaradılıb. O, siyasi təşkilatdır və onun silahlı qanadı olan KMO Myanmar hökuməti və ordusu ilə muxtariyyət uğrunda mübarizə aparır. Keçən il hərbçilər hakimiyyətə gəldikdən sonra KMO Kaçin ştatında üsyançı əməliyyatlara başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026