• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Putin FƏRMAN İMZALADI: Əsgərlərin sayı...

 

DÜNYA

26 Avqust 2022 | 16:08 | Müəllif: Qalib İbrahimoğlu

Putin FƏRMAN İMZALADI: Əsgərlərin sayı...

Rusiya Federasiyası Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı artırlır.

Bakıvaxtı.az bu barədə  “Russia Legal Information” internet portalına istinadən xəbər verir.

Məlumata görə, Vladimir Putinin bununla bağlı fərman imzalayıb. Fərmana əsasənRF Silahlı Qüvvələrinin şəxsi heyəti 1 milyon 150 min 628-i hərbçi olmaqla 2 milyon 39 min 758 nəfər təşkil ediləcək.

Qeyd olunub ki, 2017-ci il noyabrın 17-də verilən fərmanla Silahlı Qüvvələrin şəxsi heyəti 2018-ci ilin əvvəlinə qədər 1 milyon 13 min 628-i əsgər olmaqla, ümumilikdə 1 milyon 902 min 758 nəfər təşkil edilməli idi.

Putinin fərmanında kadrların necə artırılacağı göstərilməsə də, hökumətə müvafiq büdcənin ayrılması tapşırılıb.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun illik hesabatına görə, bu ilin əvvəlində Rusiyada 900 min aktiv xidmət personalı ehtiyatı, son beş ildə isə 2 milyon nəfər xidmətdə olub.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026