• Bakı 10° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

İnəklər vegetarian qadını tapdalayaraq öldürdülər

DÜNYA

26 Avqust 2022 | 17:50 | Müəllif: Subhan Mahmudov

İnəklər vegetarian qadını tapdalayaraq öldürdülər

Böyük Britaniyanın Qərbi Susseks şəhərində 30 inək sürüsü itini gəzdirən qadını tapdalayaraq öldürüb.

Bakıvaxtı.az bildirir ki, bu barədə "Manchester Evening News" xəbər verib.

55 yaşlı qurbanın qanlı cəsədi İngiltərənin Billingshörst kəndi yaxınlığında şahidlər tərəfindən aşkar edilib. Hadisə yerinə polis, təcili yardım və sanitar aviasiyası gəlib. Kənd sakinləri, daha sonra isə tibb işçiləri qadına 1 saat ərzində ürək-ağciyər reanimasiyası aparsalar da, onu xilas edə bilməyiblər.

"Onun inəklər tərəfindən tapdalanması fikri sadəcə dəhşətdir. O, hətta ət yeməyib, vegetarian idi", - mərhumun dostu və keçmiş həmkarı deyib. O, mərhumun gözəl və mülayim insan olduğunu, heyvanları və itini sevdiyini əlavə edib.(milli.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026