Yəmənin şimalında yerləşən Əl-Cavf şəhərində leysan yağışları daşqınlara səbəb olub.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, sel nəticəsində 5 nəfərin öldüyünü bildirilir. Məlumata görə, daşqın nəticəsində 288 ailə məcburi köçkün olub. Şəhərdə 126 evin tamamilə dağıldığı, 154 evə ziyan dəydiyi qeyd edilib.
Rəsmilər sel nəticəsində evləri zərər görən insanların sığınacaq ehtiyaclarının qarşılanması üçün işlərə başlanıldığını və bölgəyə humanitar yardım göndərildiyini açıqlayıblar. Bundan əlavə, çoxlu avtomobilin seldə sürükləndiyi bildirilib.
Aytac Aslan
















