• Bakı 23° C

    5.71 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Son sutkada Rusiyanın 400 hərbçisi MƏHV EDİLDİ

DÜNYA

26 Avqust 2022 | 11:11 | Müəllif: Subhan Mahmudov

Son sutkada Rusiyanın 400 hərbçisi MƏHV EDİLDİ

"Ukraynada Rusiya ordusunun daha 400 hərbçisi məhv edilib".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 46 250-ə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 936 tank, 4 251 zirehli döyüş maşını, 1040 artilleriya sistemi, 272 reaktiv yaylım atəşi sistemi, 148 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 202 helikopter, 834 PUA, 196 qanadlı raket, 15 gəmi, 3 162 avtomobil texnikası və avtosistern, 99 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026