• Bakı C

    3.68 m/s

  • USD - 1.7

    EUR - 1.7664

    RUB - 1.6896

Britaniya Ukraynanı ən son zenit sistemi ilə təmin edəcək

DÜNYA

21 Yanvar 2025 | 15:59

Britaniya Ukraynanı ən son zenit sistemi ilə təmin edəcək

Britaniya Ukrayna Silahlı Qüvvələrinə səmanı qorumaq üçün ən son "Gravehawk" zenit sistemini verəcək.

Bakıvaxtı.az Almaniyanın "Der Spiegel" jurnalına istinadən xəbər verir ki, iki prototip 2024-cü ilin sentyabrında Ukraynada sınaqdan keçirilib.

Britaniya hökuməti bildirib ki, Böyük Britaniya Ukraynanın ehtiyaclarını ödəmək üçün  15 zenit sistemi tədarük etməyi planlaşdırır. Bu sistem artıq ordunun ixtiyarında olan Ukrayna raketlərini buraxa bilər. Çünki dəyişdirilmiş sistem Ukrayna silahlı qüvvələrini daha çevik hala gətirəcək.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın baş naziri Key Starmer iki dövlət arasında yüzillik tərəfdaşlıq haqqında saziş imzalayıblar. Sənədin məqsədlərindən biri Kiyev və London arasında müdafiə sektorunda əməkdaşlığı inkişaf etdirməkdir. Həmçinin saziş Böyük Britaniyadan Ukraynaya hərbi yardımın davam etdirilməsini nəzərdə tutur.

Gülşən Şərif


SON XƏBƏRLƏR

21 Yanvar 2025