• Bakı -0° C

    11.72 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Qriqoryan: Ermənistan 10 noyabr bəyanatına qayıtmağı düşünmür

DÜNYA

20 Fevral 2025 | 13:45

Qriqoryan: Ermənistan 10 noyabr bəyanatına qayıtmağı düşünmür

Ermənistan hökuməti 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına qayıtmaq məsələsini nəzərdən keçirmir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

O deyib ki, sənədin 8 bəndi icra edilmədiyi üçün 9-cu bənd səbəbindən həmin sənədə qayıtmaq təəccüb doğurur:

“İrəvan öz imzasından ona görə imtina etmir ki, hazırda sənədin kənarda qalan hər hansı müddəası mövcud deyil və bu reallıqdır”.

Qriqoryan həmçinin ölkənin Konstitusiyasının yeni mətnindən 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinin çıxarılacağı barədə xəbəri təsdiqləməkdən imtina edib.


SON XƏBƏRLƏR