• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Putin atəşkəs təklifindən imtina etməyib - Tramp

DÜNYA

22 Mart 2025 | 11:19

Putin atəşkəs təklifindən imtina etməyib - Tramp

“Rusiya prezidenti Vladimir Putinin Ukraynaya dair atəşkəs təklifini rədd etməyib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib

O, Rusiyanın artıq böyük sanksiyalara məruz qaldığını vurğulayıb.

“Onların hamıdan daha çox sanksiyaları var”, Tramp bildirib.

O əlavə edib ki, Rusiya və Ukrayna ilə bağlı bir-iki yaxşı söhbəti olub.

Xatırladaq ki, martın 18-də ABŞ prezidenti Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Putin Trampın 30 gün ərzində enerji obyektlərinə hücumlardan qarşılıqlı şəkildə çəkinmək təklifi ilə razılaşıb. Bundan əvvəl, martın 11-də Ukrayna Trampın 30 günlük tam atəşkəs təklifi ilə razılaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026