• Bakı 19° C

    3.55 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Dollar düşür, avro isə...

DÜNYA

21 Aprel 2025 | 09:56

Dollar düşür, avro isə...

Türk lirəsi yeni həftəyə dəyər itkisi ilə başlayıb.

Bakıvaxtı.az bu barədə "HaberGloval"a istinadla xəbər verir.

Dollar/TL məzənnəsi həftənin ilk iş gününə 38,20 lirədən start verib. Dolların qlobal valyutalar qarşısında zəifləməsindən güc alan avro isə tarixi zirvələrə yaxınlaşmağa davam edir. Avro/TL həftəyə 1,22 faizlik artımla 44,03 lirədən başlayıb.

Qlobal bazarlarda isə ABŞ-də “Tramp xaosu” davam edir. Dolların digər valyutalara qarşı gücünü ölçən DXY indeksi 1,15 faiz azalaraq 97,98 səviyyəsinə düşüb və 2022-ci il səviyyələrinə qayıdıb. Dollar avro qarşısında 1,16 faiz, yapon yeni qarşısında isə 1 faiz dəyər itirib.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

04 May 2025