• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Lavrovla iranlı naziri səhv saldılar

DÜNYA

21 May 2025 | 09:40

Lavrovla iranlı naziri səhv saldılar

İrəvanın Zvartnots hava limanında İranın müdafiə naziri Əziz Nəsirzadənin kortejini Rusiyanın xarici işlər naziri Sergey Lavrovun nümayəndə heyəti ilə səhv salaraq ona qarşı "etiraz" aksiyası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, bu barədə TASS xəbər yayıb.

Aksiya Ermənistanın "Respublika Naminə" partiyasının fəalları tərəfindən təşkil edilib.

İran müdafiə nazirinin korteji keçərkən anti-Rusiya fəalları aksiyaya başlayıb. Yerli KİV-lərdə nümayişin videosu "Lavrov İrəvanda etirazla qarşılanıb" yazısı ilə yayımlanıb. Məlumata görə, bu vaxt Lavrov hələ Ermənistanın paytaxtına hələ gəlməyibmiş.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026