İsrail ordusunun son 24 saatda Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 84 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsində yerləşəşn Netzarim dəhlizi ətrafında yardım paylama mərkəzinin yaxınlığında gözləyən fələstinlilərə hücum edib.
Qəzza zolağının cənubundakı Xan Yunis və Rəfah arasındakı yardım paylama mərkəzinin yaxınlığında gözləyən fələstinlilər də İsrail əsgərlərinin hədəfində olub.