• Bakı 23° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9597

    RUB - 2.1795

Sərhədlərin delimitasiyası çərçivəsində işi davam etdiririk - Qriqoryan

CƏMİYYƏT

20 Iyun 2025 | 13:06

Sərhədlərin delimitasiyası çərçivəsində işi davam etdiririk - Qriqoryan

Bakı və İrəvan sərhədlərin delimitasiyası çərçivəsində işi davam etdirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “Sputnik-Ermənistan”a bildirib.

"Təmaslar var, lakin proses kifayət qədər mürəkkəbdir. Müvafiq olaraq müəyyən hazırlıq işləri tələb olunur. Hazırda bu işlər faktiki olaraq aparılır. Lakin mən prosesin yavaşlaması və ya sürətlənməsi ilə bağlı qiymət verməzdim", - o qeyd edib.

M.Qriqoryanın sözlərinə görə, hazırda delimitasiya komissiyalarının növbəti iclasının konkret tarixi yoxdur.

"Buna baxmayaraq, tərəflərin qarşılıqlı fəaliyyət qaydasını müəyyən edən və tənzimləyən təsdiqlənmiş sənəd mövcuddur", - o əlavə edib.


SON XƏBƏRLƏR