• Bakı 29° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Avstraliya Azərbaycana təşəkkür etdi

SİYASƏT

20 Iyun 2025 | 11:03

Avstraliya Azərbaycana təşəkkür etdi

Avstraliya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla avstraliyalı həmkarı Penni Vonq arasında telefon danışığı aparılıb. Telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Avstraliyanın xarici işlər naziri ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi planları barədə məlumat verib və Azərbaycan tərəfindən göstərilən dəstəyə görə təşəkkür edib.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıb, iki ölkənin XİN-ləri arasında məsləhətləşmələr mexanizminin əhəmiyyətini vurğulayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyul 2026