• Bakı 25° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.9597

    RUB - 2.1795

Ali Məclis sədri Naxçıvan MR-in ali vəzifəli şəxsi sayılmayacaq

SİYASƏT

20 Iyun 2025 | 12:12

Ali Məclis sədri Naxçıvan MR-in ali vəzifəli şəxsi sayılmayacaq

Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri sayılmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsində əksini tapıb.

    Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinə dair 5-ci maddə Konstitusiyadan çıxarılacaq. Hazırda qüvvədə olan Konstitusiyanın 5-ci maddəsinə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsidir.


    SON XƏBƏRLƏR