“İlin sonuna doğru ambulator şəraitdə yazılan bəzi dərman vasitələrinin də xidmət paketinə daxil edilməsi planlaşdırılır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Qobustan Rayon Mərkəzi Xəstəxanasına təşkil edilən mediaturda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova deyib.
Onun sözlərinə görə, buraya həzm sistemi ilə bağlı dərmanlar və digər preparatlar daxildir.
Bildirib ki, İcbari tibbi sığorta çərçivəsində vətəndaşlara 3315 adda tibbi xidmət təqdim olunur.
“Xidmətlər əsasən ölüm riski yüksək olan və son 5 ildə əlilliyə səbəb olan xəstəliklərə yönəlib”.
Mina Mikayılova