• Bakı 25° C

    5.11 m/s

  • USD - 1.7

    EUR - 1.9597

    RUB - 2.1795

3 bağlanmış bankın əmlakları hərraca çıxarılır

İQTİSADİYYAT

20 Iyun 2025 | 10:37

3 bağlanmış bankın əmlakları hərraca çıxarılır

İyulun 1-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Texnika Bank” ASC-nin, iyulun 2-də "Atabank" ASC-nin, iyulun 8-də isə “Dəmir Bank” ASC-nin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Söhbət “Texnika Bank”a məxsus Bakı şəhəri, Yasamal rayonu, 7-ci Sallaqxana küçəsi, 7 ünvanındakı dəyəri 750 min manat olan 247,9 kv.metrlik və "Atabank"a məxsus Yevlax şəhəri, Nizami prospektindəki dəyəri 400 min manat olan 320,65 kv.metrlik qeyri-yaşayış sahələrindən, “Dəmir Bank”a məxsus Sumqayıt şəhəri, Sənaye zonası, Metallurq küçəsindəki dəyəri 260 min manat olan 126,5 kv.metrlik qeyri-yaşayış binasından gedir.


SON XƏBƏRLƏR