• Bakı 20° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Türkiyə “Mastercard” və “Visa”ya qarşı araşdırma başlatdı

İQTİSADİYYAT

19 Iyul 2025 | 15:00 | Müəllif: Subhan Mahmudov

Türkiyə “Mastercard” və “Visa”ya qarşı araşdırma başlatdı

Türkiyə beynəlxalq ödəniş sistemləri olan “Mastercard” və “Visa” barəsində rəqabət əleyhinə fəaliyyətlərlə bağlı araşdırmaya başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu, Türkiyənin Rəqabət Qurumu məlumat yayıb.

Qurumdan bildirilib ki, istintaq bu şirkətlərin Türkiyənin ödəniş təşkilatlarının xaricdəki ticarətçilərə xidmət göstərmək imkanlarını məhdudlaşdırıb-məhdudlaşdırmadığını araşdıracaq.

İddialara görə, “Mastercard” və “Visa” alternativ ödəniş həllərinin tətbiqinə mane olub, bəzi banklara qarşı sanksiyalar tətbiq edərək transsərhəd əməliyyatlarda bazar üstünlüklərini qorumağa çalışıblar.

Rəqabət Qurumunun bu istiqamətdə araşdırmaları davam etdirəcəyi bildirilib./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR