• Bakı 25° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.9597

    RUB - 2.1795

İranlı ekspert: İsraillə Tehran arasında münaqişə tezliklə həll olunmayacaq

DÜNYA

20 Iyun 2025 | 13:05

İranlı ekspert: İsraillə Tehran arasında münaqişə tezliklə həll olunmayacaq

"İrandan əks-hücum alan və itkilər verən İsrail ABŞ-ni münaqişəyə cəlb etməyə çalışır". 

Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, bunu Cənubi Qafqaz məsələləri üzrə analitik Ehsan Movahedyan deyib.

İrandakı vəziyyəti və Təl-Əvivlə Tehran arasında davam edən hərbi münaqişəni şərh edən ekspert bildirib ki, İran tərəfi əvvəlcə İsrailin hücumundan təəccüblənib. Daha sonra isə cavab zərbəsi endirib:

"İran İsrail üzərində üstünlüyünü qorumağa çalışır. İlkin şokdan sonra İran vəziyyəti tez bir zamanda nəzarətə götürdü və İsrailə raket zərbələri endirməyə başladı. İran İsrailə zərbələri zamanı müxtəlif İran raketlərindən istifadə edib, əsas hədəfi İsrailin hərbi və kəşfiyyat obyektləri olub. İsraildən fərqli olaraq, İran dinc insanları öldürmür, lakin bu ölkə öz hərbi obyektlərinin bir qismini əhalinin sıx məskunlaşdığı ərazilərdə inşa edib. İsrailin İrana cavabları göstərir ki, onların Amerikanın köməyi olmadan İranla üzləşmək üçün kifayət qədər qüvvələri yoxdur". 

Analitik qeyd edib ki, İran hələ də İsrailə qarşı qabaqcıl raketlərindən istifadə etməyib.

"İsrail İranın qabaqcıl texnologiyasına və İran xalqının birliyinə və müqavimətinə qarşı heç bir şey edə bilməz. İsrail özünü məhv olmaqdan xilas etmək üçün yaxın günlərdə ABŞ-dən genişmiqyaslı yardım istəyəcək. İran bu müharibəni başlatmayıb, lakin İsrailin bütün qırmızı xətləri pozduğunu nəzərə alsaq, Tehran əks-hücumlara davam edəcək" - deyə Movahedyan vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR