• Bakı 33° C

    2.55 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Ukraynada hökumət dəyişikliyi ABŞ-ın istəyi ilə olub

DÜNYA

20 Iyul 2025 | 10:15

Ukraynada hökumət dəyişikliyi ABŞ-ın istəyi ilə olub

Bu həftə Ukrayna hökumətinin dəyişməsinin əsas məqsədlərindən biri Prezident Vladimir Zelenskinin ABŞ-da yeni administrasiyası ilə uğurla qarşılıqlı əlaqə qura bilən insanları rəhbər vəzifələrə gətirmək istəyidir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Blumberq" agentliyi məlumat yayıb.

Məlumata görə, məhz indiki baş nazir postunu tutan Yuliya Sviridenko yazda Ukraynanın təbii sərvətləri ilə bağlı ABŞ-la az-çox məqbul saziş bağlaya bilib:

"Həftələrlə davam edən yorucu danışıqlardan sonra hər iki tərəf diplomatik uğur kimi görünən bir sənədlə ictimaiyyətə çıxa bilər. İddialara görə, Zelenski ötən il baş nazir Denis Şmıqalın İqtisadiyyat Nazirliyinə rəhbərlik etməsi imkanını nəzərdən keçirməyə başlayıb. Və onun amerikalılarla çətin danışıqlardakı uğuru, prezidenti bu həftə həyata keçirdiyi qərarı qəbul etməyə inandırıb"./axar.az


SON XƏBƏRLƏR

19 Iyul 2025