• Bakı 31° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.121

Savaşdan sonra Ukrayna ordusunun sayı azaldılacaq?

DÜNYA

19 Avqust 2025 | 09:23

Savaşdan sonra Ukrayna ordusunun sayı azaldılacaq?

Müharibədən sonra Rusiya Ukrayna üçün uzun müddət, bəlkə də daim ekzistensial təhlükə olaraq qalacaq. Ən yaxşı təhlükəsizlik təminatı güclü və yaxşı təchiz olunmuş silahlı qüvvələrdir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ukraynanın müdafiə naziri Denis Şmıqal deyib.

Nazir qeyd edib ki, bu məsələlərlə bağlı Ukraynanın tərəfdaşları ilə artıq müzakirələr aparılır:

“Ordunun sayı 1 milyon, 800 min və ya başqa rəqəm ola bilər. Dəqiq hesablayırıq. Qərar verərkən NATO-nun şərq cinahının müdafiəsi nəzərə alınacaq”.

O əlavə edib ki, Ukrayna ordusu həm ölkənin, həm də tərəfdaşlarının təhlükəsizliyinin əsas təminatçısı olaraq qalmalıdır.


SON XƏBƏRLƏR

18 Avqust 2025