• Bakı 29° C

    7.24 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.121

Azərbaycanda bu kəndlər QAZSIZ QALDI

CƏMİYYƏT

19 Avqust 2025 | 11:20

Azərbaycanda bu kəndlər QAZSIZ QALDI

Qax və Ağdaşın kəndlərində qaz təchizatı dayandırılıb.

"Azəriqaz" İstehsalat Birliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qax xidmət sahəsində Qax rayonu Qaxbaş kəndində payız-qış mövsümünə hazırlıqla əlaqədar d-108 mm-lik qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə Qaxbaş kəndində 204 abonentin qaz təchizatı dayandırılıb.

Eyni zamanda, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində Ağdaş rayonu ərazisində Dəhnəxəlil QPS-dən qidalanan Qoşaqovaq və Ərəbocağı kəndlərini təbii qazla təmin edən PE-160 mm-lik orta təzyiqli əhali qaz xəttinin kipliyə davamlığının yoxlanılması məqsədi ilə bu gün 447 abonentin qaz təchizatı dayandırılıb.

Məlumata görə, qeyd olunan kəndlərdə işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq. Qurum vətəndaşlardan təbii qaz verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edib.


SON XƏBƏRLƏR

18 Avqust 2025