• Bakı 20° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Tramp Zelenskinin geyimini təriflədi

DÜNYA

18 Avqust 2025 | 22:32 | Müəllif: Gülşən Şərif

Tramp Zelenskinin geyimini təriflədi

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə onunla görüşən Ukrayna lideri Volodimir Zelenskinin geyimini tərifləyib.

Bakıvaxtı.az xəbər verir ki, amerikalı jurnalist Brayn Llen Zelenskiyə geyimi ilə bağlı sual ünvanlayıb.

Bu ilin fevral ayında Ağ Evdəki görüş zamanı Zelenskinin geyimini tənqid etmiş B.Llen "bu dəfə geyiminizi bəyəndim, çox yaxşı görünürsünüz" deyə Ukrayna liderinə bildirib.

Tramp da jurnalistin bu fikri ilə razılaşdığını qeyd edib.

Zelenski isə gülərək jurnalistin komplimentinə belə cavab verib:

“Mən geyimimi dəyişdim, sizsə yox”.

Xatırladaq ki, bu ilin fevralında Trampla görüşə hərbi formada qatılan Zelenski protokol qaydalarını pozmaqda ittiham olunmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026