• Bakı 31° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.121

Azərbaycanın bu rayonunda ət bahalaşdı - VİDEO

CƏMİYYƏT

19 Avqust 2025 | 09:36

Azərbaycanın bu rayonunda ət bahalaşdı - VİDEO

İsmayıllı rayonunda son bir ay ərzində ətin qiyməti orta hesabla iki manat artıb.

Satıcıların sözlərinə görə, qiymətlərin qalxmasına əsas səbəb rayonda heyvanların sayının azalması və yem-otun bahalaşmasıdır.

Onların fikrincə, bu bahalaşma təkcə alıcılara deyil, həm də satıcılara mənfi təsir göstərib. Əvvəllər gün ərzində 80-100 kiloqram ət sata bildikləri halda, indi 40-50 kiloqram satış olur.

Alıcılar da qiymət artımından narazıdırlar.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə verilən açıqlamada bildirilib ki, bazar qiymətlərinə müdaxilə qurumun səlahiyyətlərinə daxil deyil.

Qiymət artımı bazar münasibətləri əsasında formalaşır və dövlət qurumlarının bu prosesə təsir imkanı məhduddur.


SON XƏBƏRLƏR

18 Avqust 2025