• Bakı 20° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 2.0154

    RUB - 2.043

Həkim-narkoloqların və klinik psixoloqların sayı artırılacaq

CƏMİYYƏT

17 Sentyabr 2025 | 19:15

Həkim-narkoloqların və klinik psixoloqların sayı artırılacaq

Azərbaycanda narkoloji xidmətin təkmilləşdirilməsi və peşəkar kadrlarla təmin olunması məqsədilə həkim-narkoloqların və klinik (tibbi) psixoloqların sayının artırılması istiqamətində əlavə tədbirlər görülməsi nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, bu məsələ “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Həmçinin narkomanlığın erkən müəyyən edilməsi və könüllülük prinsipi əsasında müalicənin səmərəli təşkili məqsədilə rayon (şəhər) xəstəxanalarında və poliklinikalarında fəaliyyət göstərən narkoloji tibb kabinetlərinin işinin təkmilləşdirilməsi istiqamətində əlavə tədbirlər görüləcək.


SON XƏBƏRLƏR