• Bakı 16° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Narkotiklə mübarizə gücləndirilsin - Nazirdən tapşırıq

CƏMİYYƏT

17 Oktyabr 2025 | 19:15

Narkotiklə mübarizə gücləndirilsin - Nazirdən tapşırıq

Cari ilin 9 ayı ərzində qanunsuz dövriyyədən 4 ton 663 kiloqram narkotik vasitə çıxarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 582 kiloqram çoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bu rəqəmlər Daxili İşlər Nazirliyində keçirilən Kollegiya iclasında səsləndirilib.

Daxili işlər naziri Vilayət Eyvazov antinarkotik təbliğatın gənclər arasında, təhsil müəssisələrində, mediada və sosial şəbəkələrdə gücləndirilməsinin vacibliyini vurğulayıb. Xüsusilə, cinayətkar qruplaşmaların internet resurslarından istifadə etməklə narkotik satışına cəhdlərinin qarşısının alınması istiqamətində fəaliyyətin səmərəsinin artırılması barədə konkret tapşırıqlar verilib.

Bununla yanaşı, informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin açılması və belə əməllərə yol verən şəxslərin məsuliyyətə cəlb olunması işinin gücləndirilməsi, eləcə də maarifləndirmə və təbliğat materiallarının müasir tələblərə uyğun hazırlanaraq ictimaiyyətə çatdırılması zəruri sayılıb.


SON XƏBƏRLƏR