Sumqayıt şəhərində Türkiyə vətəndaşının meyiti aşkarlanıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb.
Belə ki, 1968-ci il təvəllüdlü Türkiyə vətəndaşı Tastan Ömər mənzildə ölmüş vəziyyətdə tapılıb.
Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilir.
Fakt ilə bağlı araşdırma aparılır.
Bakı 



