• Bakı C

    8.55 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Rusiyadan Azərbaycana gətirilən məhsullarda uyğunsuzluq aşkarlandı

CƏMİYYƏT

16 Dekabr 2025 | 14:26

Rusiyadan Azərbaycana gətirilən məhsullarda uyğunsuzluq aşkarlandı

"Nord Star Pharma" MMC-nin Rusiyadan idxal etdiyi 10 min "Qlisin Biokor" B1 və B6 vitaminləri ilə" əmtəə nişanlı bioloji aktiv qida məhsulunun müayinəsi nəticəsində uyğunsuzluq aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, sözügedən məhsullarda B1 vitaminin miqdarının normadan aşağı olduğu aşkarlanıb.

Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.


SON XƏBƏRLƏR