• Bakı 13° C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

İstanbul polisi turistlərin zəhərlənərək öldüyü hoteli möhürləyib - FOTOLAR

CƏMİYYƏT

16 Noyabr 2025 | 19:00

İstanbul polisi turistlərin zəhərlənərək öldüyü hoteli möhürləyib - FOTOLAR

İstanbul polisi bazar günü səhər şəhərin Fatih rayonunda yerləşən hoteli möhürləyib. Hoteldə qalan üç nəfərin fastfuddan zəhərlənməsi nəticəsində öldüyü ehtimal edilir.

Bakıvaxtı.az bu barədə "CNN Türk" telekanalına istinadən xəbər verir.

"Sabah" qəzetinin yazdığına görə, həkimlər hoteldə qalan 15 nəfəri müayinə ediblər və onların sağlamlığında problem aşkarlanmayıb. Bu şəxslər digər hotellərə köçürülüblər.

Daha əvvəl bildirilmışdi ki, noyabrın 9-da Fatih rayonundakı "Harbour suits old city" mehmanxanasında Almaniyadan olan ailə qalıb, onların üç üzvü, o cümlədən üç və altı yaşlarında iki uşaq Beşiktaş rayonunda olan kafelərdən birində yedikləri midiyalar və kartofdan zəhərlənərək ölüblər. Ailənin üzvlərindən biri xəstəxanaya - Reanimasiya şöbəsinə yerləşdirilib.

15 noyabr tarixində həmin hoteldən daha iki turist - İtaliya və Mərakeş vətəndaşları qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.


SON XƏBƏRLƏR

15 Noyabr 2025