• Bakı 14° C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

"Telegram"da ilk hədiyyə hərracı keçirilib

CƏMİYYƏT

16 Noyabr 2025 | 16:12

Telegramda ilk hədiyyə hərracı keçirilib

"Telegram" mesenceri hədiyyələr üçün hərracın keçirilməsi funksiyasını istifadəyə verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə mesencerin həmtəsisçisi Pavel Durov özünün "Telegram" kanalında bildirib.

Məşhurlardan gələn hədiyyələr üzərində hərraclar təşkil etməzdən əvvəl şirkət eksklüziv "Telegram Plane" hədiyyəsi vasitəsilə hərrac mexanikasını test etmək qərarına gəlib.

Qeyd edək ki, ilk hərrac noyabrın 15-də axşam saatlarında başlayıb və 50 raunddan ibarət olub. Hər raundda birinci yeri tutan 20 iştirakçı 20 "Telegram Plane" hədiyyəsi qazanıb. Birinci raund bir saat, qalan 49 raund isə hər biri 5 dəqiqədən ibarət olub.


SON XƏBƏRLƏR

15 Noyabr 2025