• Bakı C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olub - YENİLƏNİB

CƏMİYYƏT

16 Noyabr 2025 | 16:37

Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olub - YENİLƏNİB

16.11.2025-ci il tarixində saat 13:20 radələrində Ağdərə rayon Sırxavənd kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1990-cı il təvəllüdlü şəxs (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Bakıvaxtı.az-ın məlumatına görə, pasiyentin üzərində sol aşağı ətrafın baldırın yuxarı 1/3-dən amputasiya əməliyyatı icra olunub.

Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

***

16:05

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin məlumatına görə, işğaldan azad edilmiş Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində 2025-ci il 16 noyabr tarixində mina hadisəsi baş verib.

Bakıvaxtı.az-ın xəbərinə görə, 1990-cı il təvəllüdlü Bərdə sakini Əliyev Natiq Namiq oğlu minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində ayağından xəsarət alıb.

Faktla bağlı Ağdərə rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.

***

14:33

Ağdərə rayonunda mina partlayışı baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, Bərdə rayonunun Kələntərli kənd sakini Əliyev Natiq Namiq oğlu Ağdərənin Sırxavənd kəndində minaya düşüb.

Yaralı Bərdə Mərkəzi Xəstəxanasının Diaqnostika şöbəsinə yetişdirilib və əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

16 Dekabr 2025