• Bakı 16° C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Bu ilin 9 ayında 152 cinayətkar qrup zərərsizləşdirilib

CƏMİYYƏT

17 Oktyabr 2025 | 18:12

Bu ilin 9 ayında 152 cinayətkar qrup zərərsizləşdirilib

Azərbaycanda bu ilin 9 ayında 152 cinayətkar qrup zərərsizləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin kollegiya iclasında bildirilib.

Məlumata görə, keçmiş illərdən bağlı qalan 284 cinayətin açılması təmin edilib. Axtarışa elan edilən şəxslərin 85,1 faizi tutulub, itkin düşmüş şəxslərin 90%-i, habelə mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə axtarılan 22 min 268 borclu şəxs tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin Ağır və xüsusilə ağır cinayətlər törətmiş 408 nəfərdən ibarət 152 cinayətkar qrup zərərsizləşdirilib. Baş verən xırda talama faktlarının 87,7%-i açılıb.


SON XƏBƏRLƏR