• Bakı 31° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.121

Bakıda yeni tikilən mənzillərdən ilan çıxır - VİDEO

CƏMİYYƏT

19 Avqust 2025 | 09:15

Bakıda yeni tikilən mənzillərdən ilan çıxır - VİDEO

Paytaxtın Suraxanı rayonundan olan bir qrup sakin yaşadıqları ünvandan narazı olduqlarını bildirib.

Bakıvaxtı.az Xəzər TV-yə istinadən xəbər verir ki, layihədə həmin ərazidə bir yox, bir neçə binanın tikiləcəyi, ətrafının yaşıllıqla təmin olunacağı, həyətyanı sahənin abadlaşdırılacağı və yolun asfaltlanacağı göstərilib. Lakin reallıqda vəziyyət fərqlidir.

Sakinlərin sözlərinə görə, mənzil aldıqları layihəni sosial şəbəkə platforması "TikTok"da görüblər. Onlara təqdim edilən binalarda ciddi problem olmasa da, həyətlərdə nə uşaqlar üçün oyun meydançası, nə də söhbətgah mövcuddur.

Bundan başqa, ərazidə sahibsiz itlərin çoxluğu sakinlərə ciddi narahatlıq yaradır.

Hətta bəzi sakinlər mənzillərində ilana rast gəldiklərini də bildiriblər.


SON XƏBƏRLƏR

18 Avqust 2025