• Bakı 29° C

    7.24 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.121

Daha 66 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

İQTİSADİYYAT

19 Avqust 2025 | 11:05

Daha 66 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti sentyabrın 2-də, 4-də və 9-da dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı hərraclar keçiriləcək.

Bakıvaxtı.az quruma istinadən xəbər verir ki, hərraclara 66 nəqliyyat vasitəsi çıxarılacaq.

Belə ki, sentyabrın 2-də keçiriləcək hərraca 24 nəqliyyat vasitəsi (buraxılış tarixləri 2000-2014-cü illəri əhatə edir), sentyabrın 4-də keçiriləcək hərraca 29 nəqliyyat vasitəsi (buraxılış tarixləri 2013-2020-ci illəri əhatə edir), sentyabrın 9-da keçiriləcək hərraca isə 13 nəqliyyat vasitəsi (buraxılış tarixləri 1999-2007-ci illəri əhatə edir) çıxarılacaq.

Hərraca çıxarılan dövlət əmlakının siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.


SON XƏBƏRLƏR

18 Avqust 2025