• Bakı 21° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Ölkədə 16 nəqliyyat vasitəsi hərraca çıxarılır

İQTİSADİYYAT

17 Sentyabr 2025 | 21:00 | Müəllif: Subhan Mahmudov

Ölkədə 16 nəqliyyat vasitəsi hərraca çıxarılır

Noyabrın 13-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək.

Bakıvaxtı.az bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 62 min 610 manat olan 16 nəqliyyat vasitəsi çıxarılacaq.

Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026