• Bakı 22° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İrəvanda iş adamı avtomobilində ölü tapılıb

DÜNYA

18 Avqust 2025 | 21:08 | Müəllif: Gülşən Şərif

İrəvanda iş adamı avtomobilində ölü tapılıb

 Ermənistanlı iş adamı Karen Qasparyan İrəvanda ölü tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Armlur” nəşri məlumat yayıb.

Məlumata görə, başın gicgah nahiyəsindən güllə yarası almış kişinin meyiti Dəmirçyan küçəsində “Mercedes-Benz” markalı avtomobildə, əlində tapança aşkar edilib. İlkin versiyaya görə, bu, intihar ola bilər.

Hazırda hadisə yerində əməliyyatçılar işləyir. Qeyd olunur ki, Qasparyan Ermənistan paytaxtında elit yaşayış komplekslərinin tikintisi ilə məşğul olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026