• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Pakistanda musson yağışları: 600-dən çox adam ölüb

DÜNYA

18 Avqust 2025 | 20:19 | Müəllif: Gülşən Şərif

Pakistanda musson yağışları: 600-dən çox adam ölüb

Pakistanda iyun ayının sonundan başlayan musson yağışları 660 nəfərin həyatına son qoyub, 929 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistan Milli Fəlakətlərin İdarəedilməsi İdarəsi məlumat yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində 2 500-ə yaxın bina zədələnib, 30 minə yaxın insan təxliyə edilərək müvəqqəti sığınacaqlara yerləşdirilib.

Heyvandarlığa və əkinçiliyə xeyli ziyan dəyib.

Qeyd edilir ki, ən çox insan itkisi ölkənin şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində qeydə alınıb. 392 nəfər həyatını itirb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026