• Bakı 15° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Avropa Parlamenti Kiyevdə daimi nümayəndəlik açır

DÜNYA

17 Sentyabr 2025 | 19:03 | Müəllif: Subhan Mahmudov

Avropa Parlamenti Kiyevdə daimi nümayəndəlik açır

Avropa Parlamenti Kiyevdə daimi nümayəndəliyini açmağı planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola məlumat verib.

“Əməkdaşlığımızı daha da gücləndirmək üçün biz Kiyevdə Avropa Parlamentinin daimi nümayəndəliyini açacağıq ki, sizinlə hər gün birlikdə işləyə bilək", - o Ali Radada çıxış edərkən deyib.

Qeyd edək ki, Avropa Parlamentinin sədri bu gün Kiyevə gəlib. Metsolanın səfəri zamanı Vladimir Zelenski və Ukraynanın Baş naziri Yuliya Sviridenko ilə görüşləri planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026