Braziliyada itkin düşmüş gəlin yerli keşişin evində tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Nóva-Marinqa şəhərində baş verib. 42 yaşlı keşiş Luçano Bragi Simplisiyo gənc qadını vanna otağında gizlədib.
Bir qrup kişi Simplisiyonun evinə girərək qadını gizlətdiyini güman edib. İnternetə yayılan kadrlarda yarıçılpaq keşişin insanları otağa buraxmamağa çalışdığı görünür. Qapı zorla açıldıqdan sonra hamam otağında 21 yaşlı gəlin tapılıb. Şahidlərin sözlərinə görə qadının əynində mayka və şort olub.
Həm keşiş, həm də qadın intim münasibətlərin olmadığını bildiriblər. Simplisiyo qadının evə yalnız kilsədə işlədikdən sonra duş qəbul etmək üçün gəldiyini deyib.
Episkopluq araşdırma başladığını açıqlayıb. Kilsə rəsmiləri bildirib ki, "lazımi kanonik tədbirlər görülür" və camaatı anlayışlı olmağa və dualarını davam etdirməyə çağırıblar.